Antidepressant qidalarbackend

Antidepressant qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada aparılmış elmi araşdırmalar göstərib ki, qidalanmasında daha çox balıq olan ölkələrdə depressiyanın göstəriciləri daha aşağıdır. Alimlərin fikrinə görə, bunun səbəbi balığın tərkibində olan təbii antidepressant Omeqa-3 yağlı turşusudur. Bu maddə yağlı dəniz balıqlarında daha çoxdur.
Həmçinin Omeqa-3 turşusu ilə göyərtilər və qoz-fındıq da zəngindir.
Balıq, göy-göyərti və qoz-fındıq beyinin fəaliyyətinə müsbət təsir edir, beyini müxtəlif pozulmalardan qoruyur, əhvalı yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir.
Alimlər beyini qorumaq üçün bu məhsulları qidalanmaya tez-tez daxil etməyi tövsiyə edir.

İnterpress.az