İnterpress.az \”Gazeta Ru\”ya istinadən xəbər verir ki, İsrailin Baş naziri: – \”Bu nifrət dolu sənəd harada olmağı haqq edir? Bax burada\” dedi.
Həmasın Fələstin dövlətini qurması vəziyyətində İsraili yox etmək üçün çalışacağını qarşısına qoyan İsrailin Baş naziri Binyamin Netanyahu, Həmasın yeni siyasət sənədini simvolik olaraq \’zibil qutusuna atdı\’.
Fələstindəki Qəzza xəttini idarə edən Həmas, keçən bazar ertəsi nəşr etdiyi yeni vizionu, siyasət sənədində 1967 sərhədlərinə görə bir Fələstin dövlətinin qurulmasını ilk dəfə qəbul etmişdi.
Sənəddə uzun zamandır müdafiə olunan \’İsrail dövlətinin yıxılması\’ çağırışı yer almazkən, \’İsrail dövlətinin mövcudluq hüququ\’ yenə rədd edilmiş və \’silahlı müqavimətin\’ davam etməsi qərarlaşdırılmışdı. İsrail hökuməti isə sənədin Həmasın beynəlxalq cəmiyyətin daha mülayim hala gəldiyi mövzusunda yanlış məqsəd daşıdığını iddia edir.
Həmas isə yeni siyasət sənədini məhv edən Netanyahunun davranışını irqçi bir davranış olaraq xarakterizə edib.
Həmasın mətbuat katibi Sami Əbu Zuhri, etdiyi yazılı şərhdə, \”Netanyahunun Həmasın yeni siyasət sənədini cırması zəiflərin əyləncəsidir və Netanyahunun güc və təsirinin göstəricisidir\”-dedi.
Netanyahunun Həmasın sənədini cırmasını irqçi bir davranış olaraq xarakterizə edən Zuhri, \”Beynəlxalq ictimaiyyəti Netanyahunun bu irqçi davranışına qarşı dayanmağa dəvət edirəm\” ifadələrini istifadə edib.
İnterpress.az