Brüsseldə hökumətə qarşı etirazbackend

Brüsseldə hökumətə qarşı etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Belçikadakı qeyri-hökumət təşkilatlarının çağırışı üzərinə Anvers, Liege, Gent, Charleroi, Leuven, Aalst şəhərlərindən gələn təxminən 5 min adam, paytaxtdakı Şimali Qatar Stansiyasında toplandı.
Nümayişçilər, hökumətin tətbiq etdiyi kəmər sıxma siyasətlərini etiraz edərək alternativ iqtisadiyyat, demokratiya, qlobal istiləşməni önləyici siyasətlər və dövlət xidmətlərinin artırılması tələb etdi.
Qeyri-hökumət təşkilatları, siyasi partiya nümayəndələri və tələbələr də qatıldığı nümayişdə etirazçılar, hökumət əleyhinə şüarlar səsləndirərərk Brüssel mərkəz qatar stansiyasına (Gaere Centrale) qədər getdi. Olaysız keçən nümayiş, axşam saatlarında sona çatdı.

İnterpress.az