İnterpress.az-ın məlumatına görə, yarışların ikinci günündə kişilər və qadınlardan ibarət komandaların qrup oyunları keçiriləcək.
Azərbaycanın kişilərdən ibarət komandası Pakistan, qadınlardan ibarət millisi isə Kamerun yığması ilə qarşılaşacaq.
GÜNÜN TƏQVİMİ:
09:00 – 21:50
Kişilər Komanda Qrup oyunu A2-A1 (Səudiyyə Ərəbistanı – Əlcəzair)
Kişilər Komanda Qrup oyunu B1-B2 (Mərakeş – Türkiyə)
Qadınlar Komanda Qrup oyunu A3-A4 (Türkiyə – Özbəkistan)
Qadınlar Komanda Qrup oyunu A2-A1 (Kamerun – Azərbaycan)
Kişilər Komanda Qrup oyunu A3-A4 (Pakistan – Azərbaycan)
Kişilər Komanda Qrup oyunu B3-B4 (İraq – İordaniya)
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
İnterpress.az