Rəcəb Tayyib Ərdoğanın partiyasına alternativ olan yeni partiya təsis olunacağı xəbərləri türk mediasını zəbt edib. Yeni təşkilatın yaradılmasında AKP hökumətinin keçmiş sözçüsü Bülənt Arınçın adı hallanır.
İnterpress.az xəbər verir ki, B.Arınç Ərdoğan iqtidarına qarşı yeni partiya yaradacağı haqda iddialara münasibət bildirib.
\”Hürriyət” qəzetinin yazarı Əbdülqədir Səlvi ilə söhbətində Arınç qeyd edib ki, onun ağlından belə bir fikir keçmir. Sabiq AKP sözçüsü partiyaya sidq-ürəkdən bağlı olduğunu söyləyib: \”Nə partiya yaratmaq? Biz yaxşı bir AK partiyayıq. Partiyamızdan kənarda gözümüz yoxdur. Mənim tək istəyim partiyamızın öz hüquqlarını qoruması, etimadsızlıq cəhdlərinə imkan verilməməsidir”.
İnterpress.az