İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ortaköydə yeni il gecəsi 39 günahsız insanın həyatına son qoyan Reina qırğınını reallaşdıran DEAŞ\’lı qatil Abdulkadir Masharipov haqqında icra edilən istintaq tamamlandı.
Qatil Masharipovun hərəkət təlimatını Rakkadaki Əbu Cihad kod adlı İslam Atabiev adlı DEAŞ əmrindən aldığı izah edilən iddianamədə, Masharipov bir nömrəli şübhəli olaraq tanındı. Qatil Masharipov haqqında 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasə istənildi.
İddianamədə görə, 3 nömrəli şübhəli, qatilin həyat yoldaşı Zarina Nurullayeva oldu. İddianamədə qatilin uşağı ilə etdiyi vida videosunun görüntüləri də, dəlil kimi istifadə edildi.
İddianamə Başsavcı vekili İsmail Uçar tərəfindən təsdiqlənərək ağır cəza məhkəməsinə göndərildi.
İnterpress.az