Buna səbəb, iddialara görə, onun ölkənin sabiq dövlət katibi Hillari Klintonun elektron poçtları ilə əlaqədar ötən həftə Konqresə qeyri-dəqiq məlumat verməsi olub.
Ceyms Kominin vəzifəsindən kənarlaşdırılması Ağ Evdə təəccüblə qarşılanıb.
İddiaların əskinə, demokratlar hesab edirlər ki, Ceyms Komi Trampın seçki kampaniyası ilə Rusiya arasında əlaqə olub-olmadığına dair istintaq apardığı üçün vəzifəsindən kənarlaşdırılıb.
Tramp Komiyə yazdığı məktubunda qeyd edir ki, o, ABŞ-ın baş prokuroru General Ceff Seşnın Komi barədə fikirləri ilə razıdır. Seşn Komini büronün işlərini lazımi səviyyədə idarə etməməkdə təqsirləndirib.
Ağ Ev Kominin sələfini təyin etmək üçün dərhal axtarışa başlayıb.
İnterpress.az