İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədən belə bir müraciət gəlmədiyini söyləyən Baş nazir Merkel, \”Ancaq bu mövzu təəssüf ki, Türkiyədə gündəmdə\” deyə danışdı.
Merkel \”Biz, edam cəzası kimi tamamilə rəddettiyimiz bir məzmuna Alman torpaqlarında icazə verə bilmərik\” deyərək, bunu çox açıq bir dillə söyləmək lazım olduğunu qeyd etdi.
Baş nazir Merkelin mətbuat katibi Steffen Seibert də keçən həftə etdiyi şərhdə, edam cəzasıyla əlaqədar ola biləcək bir referenduma Almaniyada icazə verilməyəcəyini söyləmişdi.
Sosial Demokrat Partiya (SPD) lideri və baş nazir namizədi, Avropa Parlamenti keçmiş lideri Martin Schulz da belə bir referenduma Almaniyada icazə verilemeyeceyi istiqamətində fikir ifadə etmişdi.
İnterpress.az