İnterpress.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Racastxan ştatının Bharatpur rayonunda toy məclisində qeydə alınıb.
İlkin məlumata əsasən, uçquna qəflətən başlayan qum fırtınası səbəb olub. Hadisə nəticəsində 11 kişi, 8 qadın və 4 uşaq ölüb. Xəsarət alan 28 nəfərin vəziyyəti barədə məlumat verilmir. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hadisə yerində xilasedici əməliyyat davam edir.
İnterpress.az