Bu gün saat 18 radələrində Xaçmazın Qaraqurtlu kənd sakini, 56 yaşlı Malik Nurməmməd oğlu Səmədov özünü yaşadığı evin dam altından iplə asaraq intihar edib.
İnterpress.az İstiPress-ə istinadən xəbər verir ki, Xaçmaz prokurorluğunun və polis şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyitin ilkin tibbi ekspertizası həyata keçirilib.
Xaçmazın hüquq -mühafizə orqanlarından əldə etdiyimiz məlimata görə, mərhum Malik Səmədov 2 uşaq atasıdır. İlk olaraq onun oğlunun xəstə olmasına görə özünü intihar etdiyi ehtimal edilir. Faktla bağlı Xaçmaz Rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi başlanılıb.
İnterpress.az