İnterpress.az xəbər verir ki, Ağcabədi rayonu,Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı tövlədə olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az