İnterpress.az-ın məlumatına görə, bu sözləri Sfera.az-a Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Rusiya vətəndaşı olan azərbaycanlıların ictimai təşkilatı hansısa xırda hüquq pozuntularına görə ləğv edilib:
\”QHT-lərin fəaliyyətində, sənədlərində müəyyən pozuntular ola bilər. Ancaq bu məsləyə də kömək etmək, qaydaya salmaq və vaxt vermək lazımdır. ÜAK-ın ləğvi Rusiyanın 2 mln. vətəndaşının hüquqlarının pozulması deməkdir. Bu, onun daxili işidir, ancaq söhbət Rusiya hakimiyyətinin öz vətəndaşlarının təşkilatına olan münasibətdən gedir. Biz bu məsələyə biganə qala bilmərik. Hesab edirəm ki, siyasi şounun təşkilatçıları baş vermiş məsələnin Rusiya-Azərbaycan münasibətlərinə təsir edəcəyinin fərqinə varmayıblar. Bəlkə də bunu məqsədli şəkildə edirlər ki, Azərbaycan-Rusiya arasında problem yaşansın. Bu da baş verməyəcək. Ümid edirik Rusiya rəhbərliyi bu məsləyə biganə qalmayacaq, sonda ədalətli qərar verəcək\”.
Millət vəkili Adil Əliyevin fikrincə, bu məsələ Azərbaycan-Rusiya münasibətlərinə ciddi təsir etsin:
\”ÜAK-ın bağlanması pis haldır və narazıyıq. Ancaq bizim Rusiyada çoxlu sayda təşkilatlarımız fəaliyyət göstərir. ÜAK-ın yerinə, yeni bir təşkilat da yaratmaq olar. Ümid edirəm ki, bu məsələ yüngül bir problem kimi tarixdə qalar və münasibətlərin korlanmasına təsir göstərməz. Yəqin ki, bunun kökündə də başqa səbəblər dayanır. Açıq-aşkar təsir göstərə bilməyəndə də, bu cür yollara əl atırlar\”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
İnterpress.az