İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəçədə ilk olaraq Əziz Kərimzadə son sözlə çıxış edib. O, çıxışında barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
\”Zərərçəkən İlahə mənə şər-böhtan atır. Digərlərin isə şikayəti yoxdur. Onlardanda borc almışam sonra da aparıb qaytarmışam. Ona görə barəmdə bəraət hökmü çıxarılmalıdır\”- deyə Ə.Kərimzadə çıxışında deyib.
Məhkəmə müşavirəyə yollanıb. Məhkəmənin hökmünə əsasən Əziz Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. (musavat)
İnterpress.az