İnterpress.az xarici mətbuata istinadən xəbər verir kii, Fransanın şimalında yerləşən Laigneville Bələdiyyəsinin sədri Christophe Dietrich, Franceinfo televiziya kanalına etdiyi şərhdə, bələdiyyənin evdə ölməyi qadağan edən bir qərar aldığını, qərarın simvolik və mənalı olduğunu söylədi.
Beş min adamın yaşadığı bölgədə yalnız iki həkimin çalışdığına işarə edən Dietrich, son üç həftədə iki dəfə baş vermiş ölümü təsdiq etmək üçün 4-6 saat həkim gözlədiklərini izah etdi.
Dietrich, bu iki həkimin da il sonunda təqaüdçü olacağına, onların yerinə hələ ki namizəd olmadığını bildirdi.
\”Bilirəm bu axmaq bir qərar, amma nə edək, biz də axmaq bir vəziyyətlə qarşı-qarşıyayıq.\” dedi.
İnterpress.az