İntepress.az xarici mətbuata istinadən xəbər verir ki, Filippin Dövlət Başçılığı ofisi tərəfindən edilən şərhdə, hökumətin AB tərəfindən nəzərdə tutulan 280 milyon dollarlıq yardımı qəbul etmədiyi qeyd edildi. Manila rəhbərliyinin artıq AB-dən yardım qəbul etməyəcəkləri yazılan şərhdə, \”Müstəqil bir dövlət olmaq istəyirik\” deyildi.
Prezidentin mətbua katibi Ernesto Albella, AB-dən yardımların qəbul edilməməsinə dair qərarın, Xarici İşlər Nazirliyi tərəfindən edilən tövsiyələrdən sonra alındığını söylədi. Filippinli spiker, hökumətin iqtisadi inkişafı təmin edəcək və yoxsulluğu azaldacaq, qonşular arasında sülhə kömək edəcək və qanunlara hörmət bir cəmiyyət meydana gətirməyə dəstək verəcək olan kömək və kredit qəbul etmə haqqı olduğunu ifadə etdi.
Albella, ölkənin bu hədəflərə çatmasını maneə törədən, ya da xarici şirkətlərin daxili işlərinə daxil olmasına imkan verəcək təklifləri rədd etmə haqqının da olduğunu sözlərinə əlavə etdi.
Mətbuat mənsublarının suallarını cavablayan Albella, dəqiq növ yardımların qəbul edilməyəcəyini dair suala aydınlıq getirdi:- \” Bunlar Filipinin daxili işlərinə müdaxilə etməsinə icazə verəcək humanitar yardımlar deyil\” dedi.
Xatırladaq ki, Dövlət Başçısı Duterte, narkotik ilə mübarizədə qeyri-qanuni ölümlərin yaşanmasını tənqid edən Avropa Birliyinə qarşı dəfələrlə sərt açıqlamalarla çıxış etmişdir.
İntepress.az