İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, mayın 26-da paytaxt sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar. Xəstəxanaya yerləşdirilən S. Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
İnterpress.az