İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə rayonun \”Dörd yol-1\” qəsəbəsində qeydə alınıb.
Məcburi köçkün, 1997-ci il təvəllüdlü Cəmilə Gülmalızadə yaşadığı evin həyətindəki yarım tikilidə özünü asıb. İyirmi yaşlı qızın özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
İnterpress.az