İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Həsənov Vasif Baxşəli oğlu idarə etdiyi \”VAZ-21015\” markalı avtomobil ilə velosipeddə hərəkətdə olan 1965-ci il təvəllüdlü Velədi kənd sakini Ələsgərov Tərlan Ələsgər oğlunu vurub. O, hadisə yerində keçinib. Sürücü izahatı alınması üçün Lənkəran rayon Polis şöbəsinə aparılıb.
Ölən şəxsin tikintidə fəhlə işlədiyi bildirilir.
İnterpress.az