İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ müdafiə naziri James Mattis, diplomatik müvəffəqiyyətsizliyin nəticəsində Şimali Koreya ilə müharibə olacağı təqdirdə, bunun Çin və Rusiya da daxil olmaqla bütün bölgəni fəlakətə aparacağını söylədi.
Bütün bölgəni fəlakətə sürükləyir
Reuters xəbərinə görə Şimali Koreya sayəsində, Cənubi Koreya və Yaponiyanı təhdid meydanına gətirdiyini ifadə edən Mattis, diplomatik cəhdlərin müvəffəqiyyətli olmaması vəziyyətində bölgənin döyüşə sürüklənəcəyini və bundan Çin ilə Rusiya da daxil olmaqla bütün bölgəni fəlakətə aparacağını söylədi.
Şimali Koreyanın, Cənubi Koreyanın paytaxtı Seulun vura biləcək yüzlərlə mərmi və raketə sahib olduğunu söyləyən Mattis, Şimali Koreya ilə ola biləcək bir qarşıdurmanın bir çox insanın həyatında görə biləcəyi ən böyük fəlakət olacağını söylədi.
BİR HƏFTƏDƏ ÜÇÜNCÜ MƏRMİ SINAĞINI REALLAŞDIRDI
Digər tərəfdən, Şimali Koreyanın bu səhər bir dəfə daha ballistik raket sınağı etdiyi bildirildi. Cənubi Koreya Baş qərargah Başçılığı, Scud növü olduğu sanılan qısa mənzilli raketin Wonsan bölgəsinin şərqindən yerli saatla 5.39\’da atıldığını, mərminin 450 kilometr qat etdikdən sonra Yaponiya sahillərində dənizə düşdüyünü açıqladı.
\”Ordumuz, Şimali Koreyadan gələcək təxribatlara qarşı hazır bir şəkildə hadisələri yaxından izləyir\”- açıqlandı.
Yaponiyanın mətbuat katibi Yoshihide Suga da mərminin Sado və Oki adaları arasında dənizə düşdüyünü qeyd edib.
Mərmi, Şimali Koreyanın son 3 həftədə üçüncü, il başından bu yana da doqquzuncu sınağı oldu. Şimali Koreya, 21 Mayın 21-də orta mənzilli Pukguksong-2 raketini atmışdı.
Qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatı, nüvə silah inkişaf proqramına sahib Pyongyang rəhbərliyinə ballistik raket texnologiyası inkişaf etdirməyi və istifadəsini qadağan etmişdi. Pyongyang rəhbərliyi isə qadağa və tətbiq olunan sanksiyalara qarşı raket sınaqlarını davam etdirir.
Məlumata görə, Şimali Koreyada Sovetlər Birliyi dövründən qalma çox sayda Scud mərmisi olduğu bildirilir.
İnterpress.az