Polislərin qovduğu maşın qaçırılıbmışbackend

Polislərin qovduğu maşın qaçırılıbmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 28-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi \”VAZ-2106\” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birindən orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda qəzaya səbəb kimi yol polisinin \”Hyundai Tucson\”la \”VAZ-2106\”nı qovmasını göstərilirdi.

İnterpress.az