Trumpdan Merkelə sərt cavabbackend

Trumpdan Merkelə sərt cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa ilə ABŞ arasında başlayan gərginliyə körpülər atılır. Almaniya Baş naziri Angela Merkelin G7 zirvəsindən sonra etdiyi şərhlərə sərt cavab verən ABŞ prezidenti Donald Trump, geri addım atmadı.
ABŞ lideri, Twitter hesabından \”Almaniya ilə nəhəng ticarət kəsirimiz var, bir də NATO-ya ödənilməli lazım olan pulu vermirlər. Bu ABŞ üçün yaxşı hal deyil, bu dəyişəcək\” deyə yazdı.

ABŞ liderinin sözləri Almaniyada zəlzələ təsiri yaratdı. Sosial Demokrat Partiya (SPD) məclis qrupu başçısı Tomas Oppermannaya görə, Trumpın atdığı tweet Almaniyanı siyasi rəqib olaraq gördüyünü açıqca müəyyən edir.

Həftə sonunda G7 zirvəsində Avropa və ABŞ arasındakı fikir ayrılıqları su üzünə çıxmışdı.

Merkel, ABŞ ilə yaşanan xəyal qırıqlığını Berlində qatıldığı bir yığıncaqda dilə gətirmişdi. Başqa ölkələrə güvənəbiləcək zamanların geridə qaldığını ifadə edən Almaniya lideri Merkel, Avropanın taleyini əlinə alması lazım olduğunu söyləmişdi.

Almaniya Baş naziri, \”Başqalarına tamamilə güvənə biləcəyimiz dövrlər bir parça geridə qaldı. Bunu son günlərdə yaşadım. Ancaq biz Avropalılar olaraq öz gələcəyimiz və taleyimiz üçün özümüz mübarizə etməliyik\”-demişdi.

Alman qəzeti \”Süddeutsche Zeitung\”-nin yaydığı xəbərə görə isə: \”Merkel etdiyi bu analizlə ABŞ ilə əlaqələri hələ tamamilə qopartmadı. Amma bu ağrılı və dağıdıcı qərar idi: ABŞ artıq etibarlı deyil. Bu sərt bir qərar və bunun bədəlini almanlar da avropalılar da hələ bilmir. Merkel, şərhlərində tale anlayışını istifadə etdi. Bu da şüurlu bir seçim\”.

İnterpress.az