İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Trump, dünya liderlərinə özünə birbaşa cib telefonuna zənglər etmək üçün müraciət edib.
Bu qeyri-adi çağırış ABŞ-dakı təhlükəsizlik vahidlərini həyəcanlandırıb. Çünki ABŞ prezidentinin bu şəkildə axtarılması diplomatik protokolu ləğv edir.
Başçının cib telefonu mövzusunda son dərəcə ciddi olduğunu ifadə edən qaynaqlar xəbər verir ki, bu təklifdən yalnız Kanada Baş naziri Justin Trudeau faydalanıb.
Məlumata görə, Trump Fransanın yeni prezidenti Macronun seçkiləri qazanmasının ardından etdiyi təbrik telefonunda ona öz telefon nömrəsini də verib. Səlahiyyətli nümayəndələr Macronun bu nömrəni istifadə etməsi barədə məlumat verməyib.
İnterpress.az