İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, cümə günü ABŞ-ın Oregon əyalətindəki Portland şəhərində bir qatarda, biri hicablı iki müsəlman gənc qız, Jeremy Cozef Christian tərəfindən hücuma uğramış, gənc qızları müdafiə edərkən Tali Myrddin Namkai-Mech və Ricky John Best öldürülmüşdü. Hücumda Micah David-Cole Fletcher da ağır yaralanmışdı. Müsəlman gənc qızları qoruyan üç Amerikalıya isə, yaşadıqları yerdə \”qəhrəman\” adı verildi.
35 yaşında Jeremy Cozef Christian, cinayət, adam öldürməyə təşəbbüs, təhdid etmə və silah saxlama cəzası ilə mühakimə olundu.
Ittihamlara etiraz etməyən Cozef, iyunun 7-də təkrar məhkəməyə çıxacaq. Christian məhkəməyə \”müstəqilliyimizdən nifrət edirsinizsə bu ölkəni tərk edin – antifaya (faşizm əleyhdarlığının qısaltması) ölüm!\” dedi.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Trump Twitterdən etdiyi şərhdə hücumun \”qəbul edilə bilməz\” olduğunu söyləyib.
İnterpress.az