İnterpress.az xarici mətbuata istinadən maneken Ebru Şallının təqibçilərə ünvanladığı cavabı təqdim edir:
\”Sevgili təqibçilərim, içimdən gəldi yazdım. Vallah bilirsiniz mən heç danışmağı sevmirəm. İki gündür tək bir qəzetdə çıxan əsassız, qeyri-ciddi, yalan xəbərə lütfən etibar etməyin.
Çaşıb qalmışam, çünki bu gün bu yalan xəbərə bir köşə yazarı da əl qoymuş. Çox acınacaqlı bir vəziyyət! Vay Türkiyənin halına! Bir də Canım Türkiyə deyirlər ya!
Yox bu qədər pul alıram, yox pilates dərsi vermək üçün sərvət ödəyirlər mənə .. Tamamilə yalan və uydurma, qeyri-ciddi xəbər! Təbii ki, pilates dərsi verirəm, canlı nəşrlər, DVDləri, bir sıra idman mərkəzləri kimi bir çox yerdə pilatesdən dərs verirəm mən. İllərdir,14 ildir oyrədirəm bu idmanı.
İllərdir könüllü olaraq ömürlük şikəst insanlara pilates və nəfəs dərsi verirəm mən, bir gün bunu niyə xəbər etmirlər görəsən? Bu doğru, amma boş-boş hekayələri uydurmayın yoldaşlar!
Sonra deyirsiniz hansı səbəbə müsahibə etmirsiniz bizim qəzetə? Nə olar yəni hər kəs yaxşı olsa, işinə gücünə baxsa, dürüst olsa, sevgi dolu səmimiyyətlə, həqiqi … Sevin bir az, qorxmayın! İnanın sevgi bu dünyanı qurtaracaq\”.
İnterpress.az