Trampın İlham Əliyevə məktublarına şərh: “Ümidlər oyadır…”backend

Trampın İlham Əliyevə məktublarına şərh: “Ümidlər oyadır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

D. Tramp məktubunda ABŞ-ın Cənub Qaz Dəhlizinin reallaşmasının tərəfdarı olduğunu və Azərbaycanın qlobal təhlükəsizliyin dəstəklənməsində rolunu, iqtisadiyyatın diversifikasiyasına yönəlik səylərini yüksək qiymətləndirdiyini bildirib. Bundan əlavə, Tramp məktubda qeyd edib ki, ABŞ Azərbaycanla demokratiyanın inkişafı, məhkəmə sisteminin islahatları kimi məsələlərdə əməkdaşlığa hazırdır.

ABŞ rəhbəri həmçinin, Qarabağ probleminə də toxunub. Məktubda Vaşinqtonun Qarabağ konfliktinin regionda sabitliyə və inkişafa gətirəcək dinc yolla həllinin tərəfdarı olduğu yazılıb.

İnterpress.az xəbər verir ki, Trampın maraqla qarşılanan məktublarını BakuPost.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Donald Trampın ifadələri ümidvericidir:

Trampın İlham Əliyevə məktublarına şərh: “Ümidlər oyadır...”

\”ABŞ prezidenti məktublarında xoş sözlərdən istifadə edib. Yəni Azərbaycan-Amerika əməkdaşlığının inkişaf etdirilməsi zərurətindən bəhs edib, hər zaman yanımızda olduğu fikrini vurğulayıb. Bu da çox xoş səslənir. O, Azərbaycanda islahatları dəstəklədiyini bildirib. Ölkəmizdə demokratik dəyərlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bir sözlə, Amerika Azərbaycana münasibətdə xoş niyyətlərini ifadə edib. Amma Qarabağ məsələsində, bu problemin həllinin zəruriliyini bəyan etsə də, bunun danışıqlar yolu ilə həllini istədiyini deyir. Danışıqlar da tamamilə Rusiyanın inhisarındadır. Amerika bu proseslərə fəal müdaxilə etmir. Trampın məktubundan məlum olur ki, bundan sonra bu proseslərdə aktiv iştirak edəcəklər. Bu səbəbdən də Trampın fikirləri müəyyən ümidlər oyadır. Çox istərdik ki, bütün deyilənlər hamısı həyata keçsin və Azərbaycan-Amerika münasibətləri yüksək səviyyədə inkişaf etsin”.

İnterpress.az