Arvadını tutdurmaq istəyən biznesmen məhkəmədə ifadə verdibackend

Arvadını tutdurmaq istəyən biznesmen məhkəmədə ifadə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ərinə qarşı dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi küçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə iş adamı, arvadından şikayətçi olan Barat Abdullayev ifadə verib.

Barat Abdullayev bildirib ki, 1990-ci ildə ailə həyatı qurdiğu T.Adullayeva ilə birgə nikahdan 14 yaşlı oğlan övladı var. Biznesmen sərbəst ifadəsində qeyd edib ki, arvadı ona məxsus dəyəri 890 min manat olan mənzilini satıb: \”Təyminə ilə hər zaman münasibətlərimiz yaxşı olub. Heç zaman məndən xəbərsiz iş görməzdi. Kiməsə borcu olduğuna inanmazdım. Çünki olsaydı mənə deyərdi. Sonradan bildim ki, Təyminənin kimlərəsə uzun müddətdir borcu varmış. Satılan mənzili birgə nikah dövründə almışıq. Həmin vaxtı mən tez-tez işlərlə əlaqədar xarici ölkələrdə olurdum. Ona görə də ev Təyminənin adına rəsmləşdirildi. Sonradan xəbər tutdum ki, Təyminə evi lizinq şirkətinə qoyaraq pul götürüb. Bunun səbəbini soruşanda Təyminə gözəllik salonu aldığını dedi. Pulu da tanış olduğu Səkinə adlı qadına verdiyini bildim. Lizinq şirkəti evə görə Təyminəyə 110 min manat pul verib\”.

İş adamı qeyd edilən gözəllik salonuna getdiyini, amma oranın başqasına aid olduğunu öyrəndiyini deyib: \”Sonra Səkinəni tapa bilmədik”.

İş adamı ifadəsində həyat yoldaşı tərəfindən aldadıldığını deyib: “Məzil mənim pulumla alınıb. Lakin satılan zaman, mənim xəbərim olmayıb. Biz bir ailə idik. Necə olur ki, mənim xəbərim olmadan mənzil satılıb. Onu araşdırdım, məlum oldu ki, Təyminə şəxsiyyət vərəqəsində subay yazdıraraq mənzilimizi lizinq şirkətinə qoyub. Mən həmin evdən çıxdım. Təyminə orda yaşayır. Özümə məxsus qızıllarımı istədim. Lakin məlum oldu ki, həmin qızıllarım da yoxdur. Ona aldığım qızılları heç tələb etmirəm”.

N.Abdullayev məhkəmədə istintaqa verdiyi ifadəni də təsdiqləyib. Zərərçəkmiş şəxs daha sonra prokurorun və təqsirləndirilən Təyminə Abdullayevanın vəkillərinin suallarını cavablandırıb. Həm mənəvi, həm də maddi ziyan çəkdiyini deyən B.Abdullayev arvadının vəkili Janna Bağırovanın sualına qəzəblənib.

Vəkil: \”Sizi nə vadar edir ki, həyat yoldaşınızı tutdurmaq istəyirsiniz? Hansı maddi zərər vurulub? O, 14 yaşlı oğlunuzun anası deyilmi? Xoşunuza gəlir ki, hansısa kişilər oğlunuzun anasını qolundan tutaraq zorla maşına mindirsin?”

Barat Abdullayev: \”Məsələnin mənəvi tərəfləri var. Burda siz məni sanki doğru yolda olmayan bir adam kimi göstərirsiniz. Məsələ təkcə bu qədər deyil. Burda ancaq bunu deyə bilərəm. İşin materialları ilə tanış olanda mənim nə demək istədiyimi bilirəcəksiniz. Sizin suallınız mənə pis təsir edir”.

Vəkil: “Məhkəmə qətnaməsi var ki, birgə nikah dövründə alınan ev yarı şəkildə bölünür. O evin 445 mini Təyminə Abdullayeva məxsusdur”.

Bu zaman zərərçəkmiş şəxsin nümayəndələri və təqsirləndirilən şəxsin vəkilləri arasında mübahisə yaranıb. Qarşı tərəf belə bir qətnamənin olmadığını deyiblər. Hakim hər iki tərəfi sakitləşdirib. Təyminə Abdullayevin digər vəkili Vasif İsrafilovun birgə nikah dövründə 14 adda əmlakı olduğunu və bunlardan ikisinin məhz Təyminə Abdullayevanın adına rəsmləşdirildiyini deyib. Məhkəmə zamanı adıçəkilən mənzillə bağlı lizinq şirkətinin münasibəti də elan edilib.

Janna Bağırova bildirib ki, onlar mənzillə bağlı Lizing şirkətinə sorğu göndəriblər: “Sorğuya cavab olaraq bildirilib ki, həmin yaşayış evi lizinqdə Təyminə Abdullayevanın öhdəliyindədir. Həmin öhdəlik ödəniləndən sonra mənzil Təyminə Abdullayevanın mülkinə geri qaytarılacaq”.

Növbəti məhkəmə prosesi iyunun 7-də davam edəcək.

Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək, ona 890 min manat məbləğində ziyan vurub.

Qeyd edək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.ismayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.

Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahının pozulması ilə bağlı məhkəmələri davam edir.

T.Abdullayevanın ittiham etdiyi “falçı Səkinə” də artıq həbs edilib. O, da dələduzlquda təqsirləndirilir. “Falçı Səkinə” T.Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verəcək.

İnterpress.az