Kubalı rəqqasə qızlara Ankarada qorxunc tələbackend

Kubalı rəqqasə qızlara Ankarada qorxunc tələ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, \”Habertürk\” Qəzetindən Fevzi Çakırın xəbərinə görə, ölkələrində rəqs edərək dolanışığını təmin edən 40 Kubalı qız, Makedoniya mərkəzli bir menecerlik agentliyiylə işlə əlaqədər müraciət edirlər. Menecerlik şirkəti 40 rəqqasə ilə müqavilə bağlayaraq qızları əvvəl İstanbula, oradan da Ankaraya gətirdilər. Menecerlik firmasının sahibi Makedoniya vətəndaşı Dragana J. də qızlarla birlikdə Ulustaki bir oteldə qalmağa başlayır.

Gənç qızlar bir müddət sonra Dragana J. tərəfindən nizamlanan pavyonlarda fahişəliyə məcbur edilirlər. Rəqqasələr bu vəziyyətə etiraz etsələr də, oteldə həbs həyatı yaşayırdılar. Axşam saatlarında otelə gedən xidmət vasitələriylə pavyonlara aparılan gənc qızlar, işlərini bitirdikdən sonra eyni vasitələrlə otelə qayıdırdılar. Dragana J., pasaportlarına əl qoyduğu qızların oteldən ayrılmasına da icazə vermirdi.

Qızlardan biri qaçdı, səfirliyə sığındı

Təxminən 2 ay oteldə tutulan rəqqasələrdən biri, qaçaraq Kuba səfirliyinə sığındı. Gənc qadının yaşadıqları kabusu izah etdiyi səfirlik rəsmiləri, xarici işlər nazirliyinə vəziyyəti bildirərək kömək istədi. Nazirliyin xəbəriylə hərəkətə keçən polis, qızların tutulduğu otelə basqın təşkil etdi. Kubalı rəqqasələr azad edildi, menecer Dragana J. nəzarətə alındı.

İttihamları rədd etdi

2 aydan sonra həbs həyatından xilas olan rəqqasələr ölkələrinə göndərilərkən, Dragana J. təhlükəsizlik əməliyyatlarının ardından ədliyyəyə sövq edildi. Prokurorluq sorğusunda ittihamları rədd edən Dragana J., həbs tələbiylə Ankara 1. Sülh Ceza Hâkimliyinə sövq edildi.
Şübhəlinin vəkili: – \”Müvəkkilim qızalrı zorla işlətməyib, təhdid isə söz mövzusu ola bilməz. Qızların Türkiyəyə gətirilməsində hər hansı bir qeyri-qanuni əməliyyat yoxdur\”-dedi. Lakin \’insan ticarəti etmə\’ günahından həbs olunan Dragana J, Sincan Həbsxanasına göndərildi. Prokurorluq, hadisələ əlaqədar çox istiqamətli istintaqı davam etdirir.

İnterpress.az