Sorosdan AB-yə xəbərdarlıq: “Ya yenilən, ya da yox ol!”backend

Sorosdan AB-yə xəbərdarlıq: “Ya yenilən, ya da yox ol!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Macar əslli amerikalı investor Soros, Brüssel İqtisadiyyat Forumunda çıxış edib.

AB-i funksiyasız olaraq xarakterizə edən Soros, AB-nin təhlükə yaşadığını, prioriteti tamamilə yenidən qurulması olduğunu izah etdi.

AB-yə azalmış olan xalq dəstəyinin artırılması vacibliyinə diqqəti çəkən Soros, \”Bunun üçün keçmişi, nə səhvlər edildiyini və bu vəziyyətin necə düzələcəyini qiymətləndirmək lazımdır\” – deyə danışdı.

Soros, AB-nin yaşadığı təhlükə səbəbinin artan Avropa əleyhdarlığı və rəqib güclər olduğunu iddia edərək:
\”AB, çöldən Putinin Rusiyası, Ərdoğanın Türkiyəsi, Sisnin Misiri və Trumpın yaratmaq istədiyi, amma edə bilmədiyi Amerikası kimi rəqib güclərlə sarılmış vəziyyətdə\” -ifadələrini istifadə etdi.

AB-nin bu vəziyyətdən özünü əhəmiyyətli islahatlarla qoruya biləcəyini ifadə edən Soros:-\”2008 maliyyə böhranından bəri AB, içəridə günü keçmiş razılaşmalarla idarə olunur. Aktual və inkişaf edən şərtlər qarşısında bu köhnə razılaşmalar hər keçən gün daha az təsirli bir hal alır\” deyə bildirdi.

Soros, Avro Bölgəsinin quruluşunda nəzərdə tutulan tam tərs bir hal aldığına diqqət çəkərək, \”Böhran sonrasında Avro Bölgəsi, borc verən və borclu əlaqələrinə çevrildi. Borcluları ödəmə edə bilmədiyi, məsuliyyətlərini yerinə gətirə bilmədiyi, kredit verənlərin isə alacaqları üçün şərtlər diktə etdiyi bir təşkilata çevrildi.\” dedi.

İnterpress.az