İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, etirazçılar ABŞ hökumətini qərarı ləğv etməyə çağırıblar. Etirazçılar Paris sazişini dəstəkləyən müxtəlif şüarlar səsləndiriblər.
ABŞ prezidenti Donald Tramp ötən gün ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.
Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.
İnterpress.az