Almaniya uşaq evliliklərini qadağan etdibackend

Almaniya uşaq evliliklərini qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, uşaq yaşda evlilikləri qadağan edən qanun layihəsi Almaniya Federal Məclisində qəbul edildi. Buna görə yoldaşlardan birinin 18 yaşından kiçik olduğu evliliklərə artıq Almaniyada icazə verilməyəcək. Daha əvvəl qurulmuş evliliklərdə isə yoldaşlardan birinin yaşı 16-dan kiçiksə bu evliliklər də etibarsız sayılacaq. 16 və 17 yaşlarında qurulmuş evliliklərin pozulması rəsmi olaraq boşanma ilə bərabər anlama gəlir. Ancaq bu yaş grupu istisna oluna bilər. Ailə məhkəmələrinin yetkinlik yaşına çatmayan yoldaşların və gənclik dairələrinin görüşünü aldıqdan sonra verəcəyi qərar qüvvədə olacaq.
Almaniya Ədliyyə Nazirliyi, söz mövzusu qanun layihəsini qaçqın axını ilə birlikdə Almaniyaya xüsusilə çox sayda kiçik yaşda evləndirilmiş qızların gəlməsi üzərinə hazırlanmışdı. Nazirliyin məlumatlarına görə, Almaniyadakı uşaq yaşda evlilərin sayı 475-minə çatıb. Nazirlik uşaq evlilərin əksəriyyətini qızların meydana gətirdiyini və bunların 361-nin hələ 14 yaşına çatmadıqlarını açıqladı.
Ancaq qanun əhatəsi dar tutulduğu səbəbiylə insan hüquqları təşkilatları tərəfindən tənqid olunur. \”Save the Children\” adlı uşaqlara yardım təşkilatı, qanundakı qaydaların nisbətsiz və Uşaq Hüquqları Konvensiyasına zidd olduğunu müdafiə etdi.
Alman Katolik Kilsəsi Yepiskoplar Şurasının də kiçik yaşdakı evliliklərin tək- tək ələ alınıb qərara bağlanmasının yetkinlik yaşına olmayan uşaq və gənclərin qorunması baxımından daha təsirli olacağı fikirində.
Alman İnsan Hüquqları İnstitutu də uşaq evliliklərin standart bir həll tapmasını bildirdi.

İnterpress.az