Rusiyanın baş naziri Dmitriy Medvedyev məhdudiyyətləri ləğv edən sərəncam imzalayıb. Bu sənəd nazirlər kabinetinin rəsmi internet səhifəsində dərc edilib.
Sənəddə deyilir: \”Hökumətin qərarı ilə Türkiyə respublikasında istehsal olunan, 30 noyabr 2015-ci ildə 1296 nörməli qərarla təsdiq edilən kənd təsərrüfatı məhsulları, xammal və ərzaq məhsullarının siyahısına icazə verilib. Bu siyahı 2016-cı ilin yanvarından qadağan edilmişdi\”.
Bildirilir ki, siyahıdan bəzi dondurulmuş qida məhsulları, toyuq və hind toyuğu məhsulları, təzə və dondurulmuş xiyar, təzə alma, armud, üzüm, çiyələk çıxarılıb.
İnterpress.az