İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Frankfurt şəhərində, Alman polisinin şiddət tətbiq etdiyi iddia edilən Savaş Kabasakal adlı Türk öldü.
Kabasakalın qardaşı Hakan Kabasakal: \”Polislər böyük qardaşım qaldığı evə gəldi. Böyük qardaşım duşdan yeni çıxmışdı. Üzərinə cumdular. Bizləri çölə çıxardılar. Əvvəl səslər gəlirdi, sonra kəsildi. Hadisənin arxasını buraxmayacağıq\”- dedi. Hadisə ilə əlaqədar Türkiyənin Frankfurt baş konsulu Burak Karartı:-\”Səlahiyyətli orqanlar tam şərh etmədilər. Hadisənin təqib edəcəyik\” -dedi.
İnterpress.az