İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Gabriel \”Bild am Sonntag\” qəzetinə verdiyi müsahibədə Türkiyə tərəfindən tez-tez dilə gətirilən Almaniyanın PKK-ya dəstək verdiyi tənqidlərinə toxunub. Alman nazir:- \”PKK bizdə də silah və narkotik ticarətinə dərindən bulaşdığı üçün qadağanlı bir təşkilatdır.
Yəni (PKK-nın) maliyyə qaynaqlarını qurutmaq və Alman torpaqları üzərində bir hərəkət sahəsi buraxmamaq bizim də tamamilə mənfəətimizə. Bu, Türkiyənin haqlı olaraq gündəmə gətirdiyi bir mövzudur \”dedi.
Yeri gəlmişkən Bavyera Daxili İşlər naziri Yoahim Herrmann da İncirlik mücadiləsi ilə əlaqədar açıqlama verib.
Xristian Sosial Birlik partiyalı siyasətçi: – \”Alman Ordusunu vaxtsız bir şəkildə İncirlikdən çıxarmaq mövzusunda xəbərdarlıq edirəm\” dedi. Funke Media Qrupuna müsahibə verən Herrmann, Türkiyənin bir NATO müttəfiqi olduğunu və Avropanın təhlükəsizliyi baxımından əhəmiyyət daşıdığını söylədi. Herrmann Ankara ilə əlaqələrin \”hansı təyyarələrin hara uçacağından daha əhəmiyyətli bir məsələ\” olduğunu söylədi.
İnterpress.az