İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İlk olaraq söz mövzusu bu 4 ölkənin Qətərlə bütün diplomatik əlaqələrini kəsməsindən sonra Yəmən də Qətərlə əlaqəsini kəsdiyini açıqlayıb. Qətərın, Səudiyyə Ərəbistanı liderliyində Yəməndə Husilərə qarşı yaradılan beynəlxalq koalisyondaki rolunun sona çatdığı açıqlandı. Qətar ilə hava və dəniz sərhədləri bağlanıldı, Qətərli diplomatların iki gün, vətəndaşlarının isə 14 gün içində ölkələrinə dönmələri istənildi.
Qətərdən edilən ilk şərhdə xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani, \’haqsız şəkildə alınmış bu qərardan təəssüf duyuram\”-deyə bildirdi. Al Sani, \”Haqsız tətbiqlər var və bunlar təməli olmayan iddialara və ittihamlara söykənir\” şəklində danışarkən, 5 ölkənin aldığı söz mövzusu qərarın vətəndaşlarının normal həyatını davam etdirməsinə təsir etməyəcəyini ifadə etdi.
İnterpress.az