İnterpress.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi “Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub və nəticədə T.Mirzəzadə hadisə yerində ölüb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
İnterpress.az