“Qətər və bəzi ərəb ölkələri arasındakı böhran İsrail üçün fürsət”backend

“Qətər və bəzi ərəb ölkələri arasındakı böhran İsrail üçün fürsət”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, parlamentdə danışan Liberman, Qatar və bəzi ərəb ölkələri arasındakı böhranı İsrail üçün \”böyük bir fürsət\” olaraq xarakterizə etdi.

Liberman, \”Radikal İslami terror qorxusuyla Qətər əlaqələrini kəsən ölkələr, İsrailə, Ərəb ölkələriylə radikal İslami terrora qarşı iş birliyi etmək üçün böyük fürsət təqdim edir. Ərəb ölkələri belə bu bölgədəki riskin İsrail deyil, terrorizm olduğunu anladı. Bu vəziyyət iş birliyi üçün fürsət\”- ifadələrini istifadə etdi.

İsrailin, Qətər əlaqələrini kəsən Ərəb ölkələriylə iş birliyinə açıq olduğunu dilə gətirən Liberman:-\”İndi top onların (Ərəb ölkələrinin) sahəsində\”- dedi.

Fələstin İslami Müqavimət Hərəkatı Həmasın ən böyük dəstəkçiləri arasında iştirak edən Qətər, hərəkətin liderlərini də ölkədə ağırlayır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Misir və Bəhreyn, bu səhər etdikləri şərhlə Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiklərini bildirmişdi.

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn, ölkələrinin hava sahəsini Qətərə bağlayaraq, Katarlı diplomatların 48 saat içində ölkələrindən ayrılmasını istəmişdi.

İnterpress.az