“Qətərdəkı vəziyyətimizi dəyişdirmək kimi bir planımız yoxdur”backend

“Qətərdəkı vəziyyətimizi dəyişdirmək kimi bir planımız yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən, Qətər və bəzi ərəb ölkələri arasında yaşanan böhrana bağlı verilən açıqlamada, \”Qətərdəkı vəziyyətimizi dəyişdirmək kimi bir planımız söz mövzusu deyil\” deyildi.
Pentaqon spikerlərindən Mayor Adrian Rankine Galloway, \”ABŞ təyyarələri İraq, Suriya və Əfqanıstandakı əməliyyatlar çərçivəsində Qətərdən vəzifə icra etməyə davam edir\”- deyə bildirdi.

Bölgədəki bütün müttəfiqlərə təzyiqini salma və bölgənin təhlükəsizliyi üçün ortaq həllər üzərində birləşmək çağırışında olan Mayor Galloway, \”ABŞ və Koalisiya, orada olduğumuz üçün, uzun zamandır verdiyi dəstəyə və bölgə təhlükəsizliyinə görə Qətərlilərə minnətdardır. Qətərdəkı vəziyyətimizi dəyişdirmək kimi bir planımızı söz mövzusu deyil\”- dedi.

Pentaqonun açıqlaması, ABŞ xarici işlər naziri Rex Tillersonun beş Ərəb ölkəsinin Qətər ilə əlaqələrini təxirə salınması istiqamətində çağırış etməsinin ardından gəldi.

Pentaqon, Əfqanıstan, İraq və Suriyada apardığı əməliyyatların bir hissəsini Qətərdəkı əsası üzərindən reallaşdırır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən, Misir və Bəhreyn Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiklərini bildirmişdi. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn, ölkələrinin hava sahəsini Qətərə bağlayaraq, Qətərlı diplomatların 48 saat içində ölkələrindən ayrılmasını istəmişdi.

İnterpress.az