Ərəb Birliyindən üzv ölkələrə “koordinasiya” çağırışıbackend

Ərəb Birliyindən üzv ölkələrə “koordinasiya” çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ərəb Birliyinin baş katibi Əhməd Əbu Gayt, verdiyi yazılı şərhdə, Bəhreyn, BƏƏ, Misir və Yəmənin, \”terrora dəstək verməklə günahlandırdıqları\” Qətər ilə diplomatik əlaqələrini kəsməsini və bu çərçivədə yaşanan inkişafları böyük diqqətlə təqib etdiklərini ifadə etdi.

Əbu Gayt: – \”Ərəb ölkələri arasındakı münasibətlərin qopmasını, sağlam təməllər üzərində aradan qaldırılması üçün üzv ölkələrlə koordinasiya içində işə hazırıq. Bu, əhatəli bir şəkildə terror və ifratçılıqla mübarizə sahəsindəki qərarların və müqavilə tətbiq olunmasının yolunu açacaq\”-dedi.

Ərəb ölkələri arasındakı hadisələrin bu vəziyyətə gəlməsindən kədərləndiklərini yazan Əbu Gayt:-\”Böhranların qaldırılması üçün, qardaş ölkələr arasındakı münasibətlər normal vəziyyətə dönənə qədər Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Qətər və Oman arasında 2014-ci ildə imzalanan Riyad sənədi tətbiq olunmalıdır, ikinci olaraq da üzv ölkələrin Ərəb Birliyi iştirak müqaviləsində vurğulanan təməl prinsiplərə və Ərəb Birliyi zirvələrində alınan bütün qərarlarla bağlı razılaşmalar üçün təklif irəli sürülməlidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir və Yəmən, \”terrora dəstək verməklə günahlandırdıqları\” Qətər ilə diplomatik əlaqələrini kəsdiklərini bildirmişdi.

İnterpress.az