“Korrupsiyaya qarşı mübarizədə QHT-lərlə sıx əməkdaşlıq edilir”backend

“Korrupsiyaya qarşı mübarizədə QHT-lərlə sıx əməkdaşlıq edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların 3-cü konfransı çərçivəsində keçirilən I plenar iclasda Azərbaycanın Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir:

“Azərbaycanda üç pilləli məhkəmə sistemi var. Məhkəmə-Hüquq Şurası bu sahədə önəmli qurumdur. İdarəçilikdə şəffaflığa gəlincə, hüquq-mühafizə orqanlarına əməkdaşlar test yolu ilə qəbul edilir, eyni zamanda elektron hökumət, “ASAN xidmət”i qeyd etmək vacibdir. Azərbaycanda iki antikorrupsiya qurumu – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mövcuddur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yeganə cinayət təqibi orqanıdır”.

Baş prokurorun müavini əlavə edib ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar QHT-lərlə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir.

İnterpress.az