Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə dünən axşam saatlarında yaşanıb. Rayon sakini Araz Bədəlov idarə etdiyi \”Opel\” markalı avtomobili qarşıda gedən həmyerlisi Füzuli Çərkəzovun idarə etdiyi \”VAZ-2107\” markalı avtomobilə vurub. Nəticədə Çərkəzov ağır xəsarət alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. (sputnik.az)
İnterpress.az