Almaniya 1 ay içində geri çəkilirbackend

Almaniya 1 ay içində geri çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, qərarın qüvvəyə girə bilməsi üçün Alman Parlamenti tərəfindən də təsdiqlənməsi lazımdır. Bölgədəki hərbi qaynaqlar, Alman Parlamentindən hələ bir qərar çıxmadığı üçün Alman əsgərlərinin DEAŞ-la Mübarizə Koalisiyası çərçivəsində vəzifələrinin normal şəkildə davam etdiyini söylədilər. Çəkilməylə əlaqədar prosesin, Berlində açıqlandığı kimi 21 İyunda Alman Parlamentində razılaşdırılmasından sonra başlaması gözlənilir. Geri çəkilmək üçün əvvəl əsgərlər, sonra vəsaitlər, Tornado təyyarələri ilə tanker təyyarəsi İncirlikdən ayrılacaq. Almaniya, Türkiyəyə geri çəkilmə bildirişinə, parlamentin qərar olmasından sonra Xarici İşlər Nazirliyi vasitəsilə tarixi ifadə edəcək. Qaynaqlar, daşınmadan ABŞ-ın Almaniyaya yük təyyarələriylə dəstək verəcəyini ifadə edib.

İnterpress.az