İnterpress.az-ın məlumatına görə, bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: \”İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar”.
H. Zülfüqarinin sözlərinə görə, terrorçular 4 nəfər olub, onlardan 1-i öldürülüb, 1 nəfər isə özünü partladıb: \”İndiyədək parlamentdə 2 nəfər öldürülüb. Terroristlər mühasirədədir”.
İRNA dövlət agentliyi isə İmam Xomeyninin məqbərəsində terrorçulardan birinin sağ ələ keçirildiyi və atışmanın davam etdiyi barədə xəbər yayıb. (apa)
İnterpress.az