İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Stonenin \”Putin Reportajları\” (The Putin Interviews) adını verdiyi sənədli filmin nəşr olunan yeni hissələrində, Putin \”hər zaman yaxşı olduğunu\” ifadə etdi.
Amerikalı məşhur rejissor Oliver Stone ilə özü haqqında hazırlamaqda olduğu film üçün müsahibə şəklində söhbət edən Putin, ABŞ ilə ola biləcək müharibədən, qadınlarandan, homoseksuallardan və raketdən müdafiə haqqında fikirlərini açıqladı.
ABŞ-lı rejissorun verdiyi:- \”Siz heç yorulursuz\” sualına, qadın olmadığını vurğulayaraq cavab verən Putin: \”Mənim istirahət günüm yoxdur. Çünki mən qadın deyiləm, kişiyəm. Bu səbəbdən mənim kritik günlərim yoxdur. Bunu qadınları xor görmək üçün söyləmirəm. Bəhs etdiyim kritik günlər qadınlara təbiət tərəfindən verilmiş\”- cavabını verdi.
Ardından dünyanı qorxudan ABŞ ilə Rusiya arasında ola biləcək müharibə mövzusuna toxunan Putin: \”Aramızda soyuq müharibəni xatırladan vəziyyət isti döyüşə çevrilsə bundan zəfərlə çıxan tərəf olacağını düşünmürəm. Məncə belə bir döyüşdən kimsə sağ qalaraq xilas ola bilməz. İndiki vaxtda ABŞ-ın qurmaqda olduğu raketdən müdafiə də, mükəmməl olmaqdan çox uzaq. Onları xilas edəcəyi şübhə altında\”- dedi.
Reportajın davamında qərbdəki aktual homoseksual məsələsinə toxunan Oliver Stone:- \”Hörmətli Putin. Bir dənizaltına olduğunuzu fərz edin. O sualtı duş kabinəsində bir gey ilə birlikdə olsaydınız nə edərdiniz?\” sualını verib. Sualdan xoşlanmadığı üz ifadələrindən oxunan Putin, \”Onunla duşa girməzdim ki. Niyə dəyişik oriyentasiyalı olan adamı tərciyə edim ki. Üstəlik xatırlatmaq istəyirəm. Mən judoda qara kəmər sahibiyəm\” – cavabını verdi.
İnterpress.az