İnterpress.az xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.
Belə ki, Bakı sakini İsmayıl Qədimov paytaxtdakı gecə klublarından birində olan zaman Marina adlı qadınla tanış olub. Gecə klubundan qadınla çıxaraq başqa məkana keçən şəxs sonradan 3 min manatdan çox pulunun oğurlandığını bilib. O, dərhal polisə məlumat verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Marina Pronin saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
İnterpress.az