“Qətərə kimsə zərər vermək istəmir”backend

“Qətərə kimsə zərər vermək istəmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Bin Əhməd əl-Cubeyr, Qətərın Ərəb ölkələriylə əlaqələrini təmir edə bilmək üçün Fələstinli Həmas və Misirdə Müsəlman Qardaşların verilən dəstəyin sona çatması kimi bir sıra addımlar atması lazım olduğunu söylədi.

El-Cubeyr, Qətər ilə yaşanan son böhranla əlaqədar olaraq Parisdə mətbuat mənsublarının suallarını cavabladı.

Səudiyyə Ərəbistanı xarici işlər naziri, Qətərın ölkəsi və digər ərəb ölkələri ilə əlaqələrini təmir etmək üçün nə etməsi lazım olduğunu çox yaxşı bildiyini söylədi.

El-Cubeyr:-\”Biz, Qətərın bir neçə il əvvəl həddindən artıq verilən dəstəklə əlaqədar verdiyi sözləri tutmasını istəyirik, bu ölkənin mediasının düşmən kimi rəftarı və digər ölkələrin işlərinə müdaxiləsi də bunları əhatə edir.\” dedi.

\”Qətərə kimsə zərər vermək istəmir\”

\”Qətərə kimsə zərər vermək istəmir\” deyən əl-Cubeyr, bunları qeyd etdi:

\”Qətər hansı istiqamətə doğru hərəkət edəcək buna özü qərar verəcək. Biz bu addımı böyük bir çətinlik içində və onların izlədikləri siyasətin davamlı olmadığını və dəyişməsi lazım olduğunu izah edə bilmək üçün atdıq. Qətər, Həmas və Müsəlman Qardaşların dəstəkləyərək, Fələstin rəhbərliyi və Misirə zərər verir. Biz bunun yaxşı olmadığını düşünürük. Qətər, Orta şərqin sabitliyinə iştirak etmək üçün bu siyasətə son verməlidir.

El-Cubeyr, Qətərə tətbiq olunan üsulları nəzərə alaraq, bu ölkəyə xərcinin əhəmiyyətli olacağı xəbərdarlığını etdi və \”Biz sağlam düşüncə və məntiqin, doğru addım atılması mövzusunda Qətərın razı olacağına ümid edirik. Bizim aldığımız qərarlar olduqca sərt və bunların Qətərə xərci olduqca çox olacaq. Biz Qətərın bu xərcləri qarşılamaq istəyəcəyini inanmırıq. \” dedi.

\”Dohaya hərbi sanksiya olacaq mı?\” sualına əl-Cubeyr:- \”Ümid edirəm ki, olmaz\” cavabını verdi.

İnterpress.az