ABŞ-ı vurarıq “təhdidi”backend

ABŞ-ı vurarıq “təhdidi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bu təhdidlə, ABŞ ilə Suriyanın cənub-şərqindəki İraq sərhədində təsirli olan İran dəstəkli şiə milislər arasındakı gərginliyə artım müşahidə edilir. ABŞ, çərşənbə axşamı günü bölgədə öz əsgərlərinə və ABŞ-ın dəstəklədiyi digər ünsürlərə qarşı təhdid meydana gətirən İran tərəfdarı güclərə qarşı hava hücumları etdiyini açıqlamışdı.

Əsad tərəfdarı ittifaqın şərhi:- \”Suriya müttəfiq güclərin hərəkat mərkəzi komandiri\” imzasını daşıyır. Elanı paylaşan Əsədə hərbi dəstək verən Livanlı şiə Hizbullah təşkilatı etdi. Elanda, \”Amerika yaxşı bilir ki Suriya, Suriya Ərəb Ordusu və müttəfiqlərinin qanı ucuz deyil və onların Suriyadakı mövqelərini vurma qabiliyyəti lazım olduğunda mövcuddur\” deyildi. Suriyanın müttəfiqlərinin indiyə qədər susmuş olmalarının bir zəiflik əlaməti olmadığı yazılan şərhdə, bunun başqa həllər tapılması üçün müraciət edilən insaf əlaməti olduğu vurğulandı.

\”Əgər Amerika daha irəli gedsə və qırmızı xəttləri aşarsa bunun (insafın) sonu gələcəkdir.\”
Qeyd olunur ki, ABŞ, cənub Suriyadakı gücləri üçün bir təhdid olaraq gördüyü İran dəstəkli xadimlərə qarşı çərşənbə axşamı günü etdiyi hücumun bir bənzərini də 18 Mayda etmişdi.

Vaşinqtondan edilən şərhlərə görə, ABŞ son günlərdə dəyişik qruplara xəbərdarlıqlar edərək, cənubdakı At Taft qəsəbəsi yaxınlığında Amerika xüsusi qüvvələri və ABŞ dəstəkli döyüşçülərin sığındığı bir düşərgələrindən uzaq dayanmalarını istəyir.
\”Çatışmasızlıq bölgəsi\” deyilən bu bölgədə Rusiya ilə Əsəd razılığa gəlmişdilər.

İnterpress.az