Qulağı eşitməyən qadın musiqi yarışmasına qatıldıbackend

Qulağı eşitməyən qadın musiqi yarışmasına qatıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, bu yaxınlarda “America\’s Got Talent” (“Amerikada istedadlar var”) teleşousunda bir mərhələni keçib. Mendi Harvi adlı qız özünün yazıb-bəstələdiyi musiqili nömrə ilə çıxış edib. Musiqi nömrəsinin qısa videoxülasəsi CNN kanalında yayımlanıb.

29 yaşlı Harvinin sözlərinə görə, revmatik xəstəliyə görə eşitmə qabiliyyətini itirib. 4 yaşından bəri musiqi ilə məşğul olan qadın hazırda yaddaşının gücünə və vizual qabiliyyətlərinə güvənir. Amerikan qadın musiqinin nəqəratındakı bəzi məqamları vibrasiya vasitəsilə duymağa çalışır.

İnterpress.az