İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid Şəhər Şurası Cins və Müxtəliflik başçısı Celia Mayer, kişilərin \”yayılaraq oturmasını\” və bu şəkildə yanlarında oturan qadın yolçuları narahat etmələrinin qarşısını almaq üçün bələdiyyə avtobuslarında xəbərdarlıq lövhəsi qoyacaqlarını söylədi.
Qərarının feminist qrup \”Mikrorrelatos Feministas\”ın mövzuyla əlaqədar təşkil etdiyi imza kampaniyasından sonra alındığı ifadə edildi.
Podemos Partiyası, ictimai mediada \”Madrid Sin Manspreading\” (Kişilərin yayılmadığı Madrid) yazılı xəbərdarlıq lövhələri hazıqlayaraq kampaniyaya başlayıb. Lövhələrin yalnız avtobuslarda deyil metro, şəhərlər arası avtobus və yaxın məsafəli qatarlarda da qoyulması tələbi qoyuldu.
İnterpress.az