İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Alman xarici işlər naziri Sigmar Gabriel, önümüzdəki sentyabr ayında \”müstəqillik referendumu\” edəcəyini açıqlayan İraq Regional Kürd rəhbərliyinə (IKBY) xəbərdarlıq etdi. Liviya səfəri zamanı mövzuya bağlı açıqlama verən Gabriel, bölgədə çətinlikləri artıran tək tərəfli addımlardan qaçınılması lazım olduğunu söylədi.
\”İraqın bütövlüyünü təhlükəyə atmaq, sərhədləri yenidən çəkməyə qalxmaq doğru bir yol deyil və bu Bağdad və Erbildə onsuz da davam edən qeyri-sabit vəziyyəti daha da çətinləşdirir\”- ifadələrini istifadə edən Alman xarici işlər naziri, tərəfləri dialoqa dəvət etdi.
Problemlərin razılıq ilə həll edilməsi çağırışında olan Gabriel, xüsusilə Bağdad rəhbərliyi ilə Erbil arasında problem təşkil edə biləcək sahələrdə dialoq tövsiyə etdi.
DEAŞ-a qarşı mübarizənin hələ qazanılmadığını vurğulayan Alman naziri birlikdə problemlərin öhdəsindən daha asan gələcəyini bildirdi. Gabriel, bu günə qədər əldə edilən qazancları sadəcə hərclənməməsi lazım olduğunu də söylədi.
İnterpress.az