İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şahzadə William və Kate Middletonun yuxu kimi toyunu xatırlamayan yoxdur. Middletonun bacısı Pippayı da hər kəs tanıyır, çünki toyunda geydiyi müdhiş paltarla İngilis mediasının diqqətini çəkmişdi. Daha sonra onun attdığı hər addım mediada yeni xəbər şəklində çıxmağa davam edir.
Ancaq ən kiçik qardaş James Middleton haqqında çox az məlumat var. 29 yaşındakı James Marshmallow şirkəti Boomfun sahibidir.
James Kate və Pippa Middletonla birlikdə Buckleburydə boya-başa çatdı. İnternat məktəbi olan Marlborough Collegejində təhsil aldı. Diksiyasında problemi olduğu üçün, Edinburg Universitetini yarıda buraxdı.
Bacısı Kate Middleton, Kral ailəsinə daxil olduğu sırada James 23 yaşında idi. Heç bir zaman mediatik bir şəxsiyyət olmadı. Qız qardaşı Pipa ilə eyni dairəni paylaşırdı.
2014-ci ildə saqqal uzadaraq stilini kökdən dəyişdirdi və 2015-ci ildə yeni cəhdi Boomfu mediayaya təqdim etdi. Marshmallowların üzərinə üzərinə qurulan şirkəti böyüdü.
İngilis mediası ondan bəhsedrkən yeni \”Willy Wonka\” ifadəsini istifadə edir.
İnterpress.az